Müəllimlərin işə qəbulu üzrə müsabiqənin faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi mərhələsinə start verilib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Bildirilib ki, namizədlər avqustun 8-i saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq vakant yerlər üzrə seçimlərini həyata keçirə bilərlər. Marqarita pizza
Vakansiya seçimi mərhələsi avqustun 10-u saat 11:00-dək davam edəcək.
Namizədlərə seçim zamanı diqqətli olmaları və seçimlərini tamamladıqdan sonra elektron ərizələrini mütləq təsdiqləmələri tövsiyə olunub.
Qeyd edilib ki, vakant yeri tutduqdan sonra həmin yerdən imtina edən namizədlərin növbəti vakansiya seçimi mərhələlərində iştirakı təmin edilməyəcək.
Aytac Əliyeva
Telegram kanalımız