Müharibə ilin sonunadək davam edə bilər

saytların hazırlanması

Evə çatdırılma

Müharibə ilin sonunadək davam edə bilər

Dünya

15 Aprel 2022 23:30 1304


ABŞ Dövlət katibi Entoni Blinken Vaşinqtonun müttəfiqlərinə Ukraynadakı müharibənin ilin sonuna qədər davam edə biləcəyi barədə xəbərdarlıq edib. 

Modern.az xəbər verir ki, bu barədə CNN telekanalı adı açıqlanmayan rəsmilərə istinadən məlumat yayıb.

Mənbələr Donbasdakı döyüşlərin 4-6 ay arasında davam edəcəyini proqnozlaşdırır. Toyuqlu pizza

Qeyd edək ki, Rusiya fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb. Ukrayna Baş Qərargahının bu gün yaydığı məlumata görə, Rusiya indiyədək döyüşlərdə 20 mindən çox hərbçisini itirib.  

Bundan əlavə, Rusiyanın bu günə qədər 756 ədəd tankı, 1976 ədəd zirehli döyüş maşını, 366 ədəd artilleriya sistemi, 122 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 66 hava hücumundan müdafiə sistemi, 163 ədəd hərbi təyyarəsi, 144 ədəd helikopteri, 1443 ədəd nəqliyyat vasitəsi, 8 ədəd gəmi/kater, 76 ədəd yanacaq çəni, 135 ədəd dronu, 25 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!