Muhsin Yazıcıoğlu işi üzrə ikinci dalğa: 36 nəfər həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Muhsin Yazıcıoğlu işi üzrə ikinci dalğa: 36 nəfər həbs edildi

Dünya

29 Sentyabr 2026 11:09 81


Türkiyədə 2009-cu ildə helikopter qəzasında həyatını itirən Böyük Birlik Partiyasının (BBP) sabiq sədri Muhsin Yazıcıoğlu və onu müşayiət edən şəxslərin ölümü ilə bağlı araşdırmada daha 36 şübhəli həbs edilib.

“Yeni Sabah” xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğunun koordinasiyası ilə Milli Kəşfiyyat Təşkilatı (MİT) və Ankara Əmniyyət İdarəsinin Mütəşəkkil Cinayətlərlə Mübarizə Şöbəsi tərəfindən aparılan istintaqın ikinci mərhələsində 38 şübhəli saxlanılıb.

İstintaq çərçivəsində Ankara mərkəzli olmaqla 16 vilayətdə 45 ünvanda axtarış və götürmə əməliyyatları keçirilib. Həmin şəxslərin Yazıcıoğlunun olduğu helikopterin qəzaya uğraması ilə bağlı araşdırmada müxtəlif cinayətlər törətdikləri və maddi həqiqətin üzə çıxmasına mane olduqları iddia edilir. Dördpendirli pizza

Saxlanılan 38 şübhəlidən 36-sı həbs tələbi, 2-si isə məhkəmə nəzarəti tədbirinin tətbiqi tələbi ilə hakim qarşısına çıxarılıb. Məhkəmə 36 nəfərin hamısının həbsinə, digər 2 nəfər barəsində isə məhkəmə nəzarəti tədbirinin tətbiqinə qərar verib.

Bununla da Muhsin Yazıcıoğlu işi üzrə həbs edilənlərin ümumi sayı 55-ə yüksəlib. İstintaqın davam etdiyi bildirilib.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!