“MyShops”dan “Nothing” smartfonu al, Azercell-dən 6 ay ərzində 6GB internet hədiyyə qazan! 

saytların hazırlanması

Evə çatdırılma

“MyShops”dan “Nothing” smartfonu al, Azercell-dən 6 ay ərzində 6GB internet hədiyyə qazan! 

Rəqəmsal

23 Sentyabr 2026 14:38 85


Kampaniya çərçivəsində “Nothing” smartfonları faizsiz və komissiyasız, 12 aylıq hissə-hissə ödəniş imkanı ilə təqdim olunur

Azercell və “MyShops” “Nothing” smartfonları üçün yeni kampaniyaya start verir. Kampaniya çərçivəsində müştərilər “Nothing” smartfonlarını 60 AZN ilkin ödənişlə, 12 ay müddətinə faizsiz və komissiyasız əldə edə bilərlər.

Kampaniyadan yararlanan müştərilərə Azercell tərəfindən 6 ay ərzində 6 GB mobil internet təqdim olunur. İnternet paket hər 28 gündən bir yenilənir. Bundan əlavə, seçilmiş “Nothing” smartfon modelini alan müştərilərə Azercell-dən ağıllı saat da hədiyyə edilir. Dominos pizza

Kampaniyada həm yeni, həm də mövcud Azercell müştəriləri iştirak edə bilərlər. “Nothing” smartfonları kampaniya çərçivəsində 719 AZN-dən başlayan qiymətlərlə təqdim edilir.

Kampaniya Bakı şəhərində yalnız MyShops mağazalarında və myshops.az saytında keçərlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!