Naxçıvanın Babək rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Yeni Sabah" xəbər verir ki, qəza iki "Hyundai" markalı avtomobilin toqquşması nəticəsində olub.
İlkin məlumata görə, Babək rayonunun Məzrə kənd sakinləri, 1993-cü il təvəllüdlü Mirəli Mirmehdi oğlu Seyidov və 1993-cü il təvəllüdlü Hatəm Əli oğlu Xələfov xəsarət alıblar. Marqarita pizza
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.
Qəzanın başvermə səbəbi və ölən şəxsin kimliyi ilə bağlı araşdırma aparılır./Oxu.az
Telegram kanalımız