Naxçıvanda bir dövlət qurumu ləğv edildi

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda bir dövlət qurumu ləğv edildi

Sosial

02 Dekabr 2025 10:14 2199


Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidməti ləğv edilib.

"Yeni Sabah" Modern.az-a istinadla xəbər verir ki, bu barədə müvafiq sərəncam imzalanıb.

Qurumun adı artıq bir çox rəsmi sənəddən çıxarılıb. Marqarita pizza

Bundan sonra Naxçıvanda qaz təchizatına "Azəriqaz" İstehsalat Birliyi nəzarət edəcək.

Bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidmətinin balansında olan əsas vəsaitlərin SOCAR-ın Qaz İxrac İdarəsinin balansına verilməsi barədə məlumat yayılıb.

Naxçıvan Qaz İstismar Xidməti 2019-cu ildə Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbov tərəfindən yaradılmışdı.

Xatırladaq ki, bir müddət əvvəl Muxtar Respublikanın Dövlət Energetika Xidməti də ləğv olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!