Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Yeni Sabah" "Report"a istinadla xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistral avtomobil yolunun 22-ci kilometrliyində, Yeni Kərki kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Hyundai" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində avtomobildə olan 2010-cu il təvəllüdlü Mirməhərrəm Afət oğlu Seyidov hadisə yerində həyatını itirib. Sezar pizza
Qəza zamanı 1998-ci il təvəllüdlü Gülşən Məmmədbağır qızı Məmmədova, 2009-cu il təvəllüdlü Aytac Əli qızı Seyidova, 1959-cu il təvəllüdlü Telli Alı qızı Quluzadə, 1981-ci il təvəllüdlü Rüqəyyə Bağır qızı Seyidova və 2023-cü il təvəllüdlü Araz Pərviz oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız