Nazir müavini əhaliyə sellə bağlı xəbərdarlıq etdi

saytların hazırlanması

Evə çatdırılma

Nazir müavini əhaliyə sellə bağlı xəbərdarlıq etdi

Sosial

26 May 2023 12:29 874


Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva dağlıq və çay kənarlarında yaşayan əhaliyə çağırış edib.

Yenisabah.az xəbər verir ki, nazir müavini hazırda Gəncəçay-Alaxançallı məntəqəsindən (Daşkəsən rayonu ərazisi) sel keçdiyini vurğulayıb:

"Yaxın saatlarda Zurnabad məntəqəsinə çatacağı gözlənilir. Ayın sonuna qədər edilən xəbərdarlığa görə, dağlıq və dağətəyi ərazilərdə sel və daşqın olması ehtimalı var. Ona görə də dağlıq, xüsusilə də çayların keçdiyi ərazilərə yaxın yerlərdə sululuğun artdığı müddətdə orada olmaq tövsiyə edilmir. Çünki çayların məcrasına yaxın yerlər daim təhlükəli yerdir. Sezar pizza

Bəzən insanlar sel hadisəsinin yaxınlığında prosesi izləyirlər. Nəzərə almaq lazımdır ki, bu, çox təhlükəlidir. Axının istiqamətinin hər an dəyişə biləcəyi heç kimə məlum deyil. Sel hadisəsi başlayan kimi dərhal həmin ərazi tərk edilməlidir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!