Nazir naxçıvanlıların şikayətlərini dinlədi

saytların hazırlanması

Evə çatdırılma

Nazir naxçıvanlıların şikayətlərini dinlədi

Sosial

19 Yanvar 2023 12:40 766


Yanvarın 17-də iqtisadiyyat naziri Tapdıq Əliyev Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərovun iştirakı ilə rayonda sakinlərlə görüşüb. 

Görüşdə iştirak edənlər sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal və xidmət sahələrinin yaradılması, istehlakçıların hüquqlarının müdafiəsi və digər məsələlərlə bağlı müraciət ediblər. 

Yenisabah.az Naxçıvan MR İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə vətəndaşların müraciətləri Tapdıq Əliyev tərəfindən dinlənilib, aid məsələlərin həlli üçün nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.  pizza

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər barədə isə vətəndaşlara ətraflı izahat verilib və icra vəziyyəti nəzarətdə saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı bildirilib. 

Görüşdə Kəngərli rayonundan olan 17 vətəndaşın müraciəti dinlənilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!