Tiktok sosial şəbəkəsində paylaşım edən gənc ifaçı Raul nazirin diqqətini cəlb edib.
Raulun sosial şəbəkələrdə "Məşədi İbadı" aşsüzənlə ifa etməsi tezliklə viral olub.
“Yeni Sabah” xəbər verir ki, sözügedən görüntülər təsadüfən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin da qarşısına çıxıb. Toyuqlu pizza
Nazir sözügedən musiqiçinin müəyyən olunması və onunla görüşün təşkil edilməsinə göstəriş verib.
Bundan sonra gənc ifaçı nazirlə görüşüb. Adil Kərimlinin tapşırığına əsasən gənc xanəndəyə bir neçə musiqi aləti hədiyyə olunub.
Xatırladaq ki, sözügedən ifaçı Əməkdar artist Aybəniz Haşımovanın tələbəsidir.
Bu barədə müğənni özü "Xəzər TV" də yayımlanan "Xəzər axşamı" verilişində məlumat verib./oxu24.com
Telegram kanalımız