Nazirin bu açıqlaması qalmaqal yaratdı

saytların hazırlanması

Evə çatdırılma

Nazirin bu açıqlaması qalmaqal yaratdı

Sosial

17 Dekabr 2025 08:52 1296


Elm və Təhsil naziri Emin Əmrullayevin bu sözlərini orta məktəblərdə keyfiyyətli müəllimlərin olmasının vacibliyi, həmçinin şagirdləri öyrətmək istəməyən və ya öyrətmə potensialına malik olmayan müəllimlərin orta ümumitəhsil məktəblərində istənilməməsi kimi şərh etmək olar.

Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev elm və təhsil naziri Emin Əmrullayevin “şagird yaxşı öyrənmirsə, müəllimə niyə maaş verməliyik?” sözlərini şərh edərkən deyib.

O bildirib ki, kimin necə düşünməsindən asılı olmayaraq, nazir ədalətli danışıb və cəmiyyət üçün vacib məqama toxunub:

“Nazirin səsləndirdiyi fikirdən həm də bu məna çıxır ki, savadsız müəllimə niyə maaş verilsin? Qeyd edim ki, sertifikasiya imtahanında da bəzi müəllimlərin öz ixtisası üzrə işləmədiyini, bəzilərinin isə öz ixtisası üzrə bilik və bacarıqlara sahib olmadığının şahidi olduq. Bu müəllimlərə bir il möhlət hüququ verilməsinə rəğmən nəticə yenə eyni oldu.

Biz övladımıza öz ixtisası üzrə 50% nəticəni toplaya bilməyən müəllimin dərs deməsini istəmərik. Hər kəs öz övladını ən yaxşı müəllimin yanına qoymaq istəyir. Nazir də bunu deyir və bildirir ki, daha keyfiyyətli, şagirdləri öyrədə bilən müəllimlərə maaş verək. Nazir bu nöqteyi-nəzərdən diqqət çəkməyə çalışdı”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!