Nazirin “kopya”sı olan şəxs kimdir? - Gündəm olan foto haqqında

saytların hazırlanması

Evə çatdırılma

Nazirin “kopya”sı olan şəxs kimdir? - Gündəm olan foto haqqında

Sosial

13 İyul 2023 08:12 1851


Təhsil naziri Emin Əmrullayevlə jurnalist Ruslan Zeynallının fotosu sosial şəbəkədə gündəm olub.

Bakupost.az xəbər verir ki, nazirlə jurnalistin bir-birinə bənzəməsi maraqla qarşılanıb.

Bir çox sosial şəbəkə səhifələrində paylaşılan fotoya “alma-almaya bənzər”, “elə bildim montajdir”, “bu qədər də bənzərlik olmaz kimi...” şərhlər yazılıb. Toyuqlu pizza

Qeyd edək ki, R. Zeynallı uzun illər "ASAN Radio"da və bir sıra televiziya kanallarında aparıcı-redaktor vəzifələrində çalışıb.

Hazırda o, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiridir.

Eyni zamanda, Real TV-də Nazirliyin layihəsi olan “Fermerin real dostu” verilişinin aparıcısıdır.

R. Zeynallı bəstəkar və müğənni Sevinc Ağasıyeva ilə ailəlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!