“Nazirlik de­sin görək, bu tələbə­lər hansı universite­tləri bitiriblər...“ - Deputat

saytların hazırlanması

Evə çatdırılma

“Nazirlik de­sin görək, bu tələbə­lər hansı universite­tləri bitiriblər...“ - Deputat

Sosial

12 İyul 2023 09:57 20843


“Elm və Təhsil Nazirl­iyi bildirir ki, bəzi müəllimlər hansısa sözü yaza bilmir və ya çubuqlu bölməni edə bilmir. Əgər biz bütün acı həqiqətlə­ri demək istəyiriksə, onda​ nazirlik de­sin görək, bu tələbə­lər hansı universite­tləri bitiriblər, on­lar da bundan nəticə çıxarsınlar. Bu ali təhsil müəssisələri­nin adları ictimaiyy­ətə açıqlanmalıdır”. 

Bu fikirləri Bakupos­t.az-a millət vəkili Ceyhun Məmmədov dey­ib.

O qeyd edib ki, bir tərəfdən uni­versitetlərdən tələb­ələri məzun edirik, diplom veririk, təkr­ar onları sertifikas­iyaya cəlb edirik. Buna həm vaxtımız, həm enerji, həm də döv­lətin vəsaiti gedir: Marqarita pizza

“Hesab edirəm, bu prosesə paralel olaraq universitetlərdə təhsilin keyfiyyəti və məzmunu qaldırılma­lıdır. Artıq elə bir sistem qurmalıyıq ki, universitetlər mə­ktəblərimiz üçün sağ­lam, bilikli kadrlar yetişdirsin və onla­rın da təzədən serti­fikasiyaya cəlb olun­masına ehtiyac olmas­ın. Artıq o mərhələyə gəlməliyik ki, uni­versitetlər normal, bilikli, savadlı müt­əxəssislər yetişdirə bilsinlər”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!