Nazirlikdən 7 milyonluq təchizat layihəsi

saytların hazırlanması

Evə çatdırılma

Nazirlikdən 7 milyonluq təchizat layihəsi

İqtisadiyyat

25 Sentyabr 2026 09:24 91


Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Təsərrüfat Hesablı Əsaslı Tikintisi və Təchizatı İdarəsi ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində tədrisin təşkil olunması üçün mal-materialların və digər ləvazimatların satınalınması ilə bağlı işlər həyata keçirir.

“Yeni Sabah” xəbər verir ki, satınalma ilə əlaqədar olaraq “SİMPLEX” Qapalı Səhmdar Cəmiyyəti ilə tərəflər arasında ümumi maliyyə dəyəri 7 milyon 58 min 20 manat 98 qəpik təşkil edən müqavilə imzalanıb.  Müqavilə çərçivəsində ölkə üzrə məktəb və bağçaların tədris prosesi üçün zəruri olan mal-material və ləvazimatlarla təmin edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, təsisçisi Elmir Fətullayev olan bu şirkət 2015-ci ildə fəaliyyətə başlayıb və nizamnamə kapitalı 2 000 manat təşkil edir. pizza hut

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!