Maliyyə Nazirliyi sentyabr ayında xəzinə hesabının qalığından əlavə gəlir əldə etmək məqsədilə 5 depozit hərracı keçirib.
“Yeni Sabah” xəbər verir ki, hərraclar çərçivəsində ümumilikdə xəzinə hesabının 87 milyon manat məbləğində qalığı 28 və 84 gün müddətinə 6,5 faiz orta çəkili faiz dərəcəsi ilə ölkənin kommersiya banklarında müddətli depozitlərə yerləşdirilib.
Qeyd edək ki, xəzinə hesabının qalığından əlavə gəlirin əldə edilməsi mexanizmi “Vahid xəzinə hesabının qalığının idarəetməyə verilməsi Qaydaları” ilə müəyyən olunur. pizza hut
Maliyyə Nazirliyi bu kimi alətlər vasitəsilə dövlət vəsaitlərinin idarə olunmasında yeni yanaşmaların tətbiqini genişləndirir. Bu isə dövlət büdcəsində əlavə daxilolmaların formalaşmasına və vəsaitlərin kommersiya banklarında yerləşdirilməsi hesabına bank sektorunda likvidliyin artmasına şərait yaradır.
Aytac Əliyeva
Telegram kanalımız