ABŞ-İran sülh danışıqlarında irəliləyiş barədə məlumatlara görə, əvvəlki gün kəskin enişdən sonra cümə axşamı səhər neft qiymətləri bir qədər yüksəlib.
"Yeni Sabah" xəbər verir ki, "London ICE Futures" birjasında iyul ayı üçün "Brent" fyuçersləri 0,57 dollar (0,56%) artaraq barel üçün 101,84 dollara çatıb. "Brent 8,60 dollar (7,83%) azalaraq barel üçün 101,27 dollara düşmüşdü.
Nyu-York Ticarət Birjasında (NYMEX) iyun ayı üçün WTI fyuçersləri 0,50 dollar (0,53%) artaraq barel üçün 95,58 dollar təşkil edib. Əvvəlki sessiyada müqavilə 7,19 dollar (7,03%) azalaraq barel üçün 95,08 dollara düşmüşdü. Pepperoni pizza
Telegram kanalımız