“Neftçi“ bu futbolçuya 100 min avro ödəyəcək

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi“ bu futbolçuya 100 min avro ödəyəcək

İdman

16 Oktyabr 2020 13:41 1346


"Neftçi"nin yeni transferi Bruno Teluşinin paytaxt klubunda qazanacağı məvacib məlum olub.

Yenisabah.az xəbər verir ki, flaqman albaniyalı dayaq yarımmüdafiəçisinə bir mövsüm üçün 100 000 avro ödəyəcək.

29 yaşlı oyunçu ilə mövsümün sonunadək sözləşmə bağlanıb. O, yeni komandasında 17 nömrəli formanı geyinəcək. pizza

Bruno Teluşi İtaliyanın "Virtus Entella” (2007-2011), Albaniyanın "Flamurtari” (2011-2017), "Partizani” (2018-2020), "Kukesi” (2020) və Xorvatiyanın "Slaven Belupo” (2017) klublarında çıxış edib,

Albaniya kubokunun (2014), çempionatının (2019) və Super Kubokunun (2020) qalibi olub. Teluşi Albaniyanın U-17 (2006-2007) və U-21 (2011-2012) milli komandasının da şərəfini qoruyub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!