“Neftçi“nin rəqibində itki

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi“nin rəqibində itki

İdman

16 İyul 2022 14:24 838


"Neftçi"nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Aris"in (Kipr) futbolçusu Karol Struski zədələnib.

Yenisabah.az xəbər verir ki, bu barədə Kipr təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçi Ukrayna "Dnepr"ı ilə yoxlama oyununda (4:2) sıradan çıxıb. Polşalı futbolçunun körpücük sümüyü sındığı üçün əməliyyat olunub. O, 3 ay müddətində meydana çıxa bilməyəcək. Bu da o deməkdir ki, Struski "Neftçi" ilə oyunları buraxacaq. 

Qeyd edək ki, "Neftçi" "Aris"lə ilk oyununu iyulun 21-də səfərdə, cavab görüşünü isə iyulun 28-də evdə keçirəcək. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!