Yol polisi bayram günləri ilə əlaqədar müraciət yaydı

saytların hazırlanması

Evə çatdırılma

Yol polisi bayram günləri ilə əlaqədar müraciət yaydı

Sosial

26 May 2026 09:37 79


Baş Dövlət Yol Polisi İdarəsi qarşıdan gələn Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar ölkə ərazisində hərəkət intensivliyinin artacağını nəzərə alaraq, bütün hərəkət iştirakçılarını daha diqqətli və məsuliyyətli olmağa çağırıb.

"Yeni Sabah" xəbər verir ki, müraciətdə qeyd olunub:

"Paytaxtı tərk edərək bölgələrə üz tutan sürücülər nəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə idarə etməli, sürət həddinə ciddi riayət etməli və yorğun halda sükan arxasına əyləşməməlidirlər. Uzun məsafəli səfərlər zamanı diqqətin azalması ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər". Sezar pizza

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə ötmə və manevr qaydalarına əməl etməyi, təhlükəli davranışlardan çəkinməyi və digər hərəkət iştirakçılarına qarşı diqqətli olmağı tövsiyə edib.

Qurum piyadalara da müraciət edərək yolları yalnız müəyyən olunmuş yerlərdən keçməyə, xüsusilə intensiv hərəkət olan yollarda öz həyatlarını riskə atmamağa çağırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!