Nəsimi Rayon İcra Hakimiyyətində kadr təyinatı olub.
“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bu barədə icra başçısı Tahir Budaqov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Vaqif Zeynalov qurumun ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini - ərazi-təşkilat məsələləri sektorunun müdiri təyin edilib. Dördpendirli pizza
O, əvvələr Nəsimi Rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri işləyib. İcra Hakimiyyətlərində aparılan struktur dəyişikliklərindən sonra, adıçəkilən şöbə ləğv edilib. Onun müdirinin səlahiyyətləri icra başçısının müavininə keçib. Hazırda bütün İcra Hakimiyyətlərində icra başçısının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri vəzifəsi mövcuddur.
Əsmətxanım Rzazadə
Telegram kanalımız