Qardaş ölkədə polisə hücum edildi

saytların hazırlanması

Evə çatdırılma

Qardaş ölkədə polisə hücum edildi

Dünya

11 Noyabr 2026 17:31 59


Pakistanın şimal-qərbindəki Kohat şəhərində patrul dəstəsinə hücum nəticəsində ən azı 12 polis əməkdaşı yaralanıb.

"Yeni Sabah" xəbər verir ki, hücum cinayətkar ünsürlərin iştirakı ilə qeyri-qanuni faydalı qazıntı hasilatına qarşı mübarizə əməliyyatı zamanı baş verib.

Xilasetmə xidmətinin nümayəndəsi Cavad Afridi videomüraciətində bildirib ki, polis dəstəsi atəşə məruz qalıb, bundan sonra 12 əməkdaş xəstəxanaya çatdırılıb. İnternetdən sifariş

Afridi qeyd edib ki, xəsarət alanlar və mümkün həlak olanlar barədə dəqiq məlumat daha sonra təqdim ediləcək.

Öz növbəsində, "Reuters" agentliyi 11 polisin həlak olduğunu bildirib. Lakin Pakistan hökuməti bu məlumatı hələ ki, təsdiqləməyib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!