COP31-də “Ölümcül miras” sənədli filmi nümayiş olunu

saytların hazırlanması

Evə çatdırılma

COP31-də “Ölümcül miras” sənədli filmi nümayiş olunu

Sosial

11 Noyabr 2026 17:09 37


Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflərinin 31-ci Konfransı (COP31) çərçivəsində Qarabağ Dirçəliş Fondunun sifarişi ilə hazırlanmış "Ölümcül miras" ("Deadly Legacy") sənədli filminin xüsusi nümayişi keçirilib.

"Yeni Sabah" xəbər verir ki, qlobal mina təhlükəsindən bəhs edən filmin nümayişi Qarabağ Dirçəliş Fondu və Milli Məclisin deputatı, COP29-un iqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarainin birgə təşkilatçılığı ilə COP31-in Mavi Zonasında yerləşən Azərbaycan pavilyonunda baş tutub.

Tədbirin açılışında Nigar Arpadarai, Qarabağ Dirçəliş Fondunun İdarə Heyəti sədrinin müşaviri Rəşad Qasımzadə və Fondun Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri Pərvin Bağırova çıxış ediblər. Məişət texnikası

Açılış çıxışlarından sonra film ingilis dilində nümayiş etdirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!