Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən Belarus vətəndaşı Ərdeşir Seyfpur Saad Abadinin cinayət işi üzrə istintaq tamamlanıb.
"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Babək Pənahovun sədrliyi ilə araşdırılacaq. İnternet mağaza
Xatırlatma: aprelin 1-dən 2-nə keçən gecə Bülbül prospekti-20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası naməlum şəxs və ya şəxslər tərəfindən müdaxiləyə məruz qalıb. Həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.
Əməli törətməklə bağlı 3 məkətəbli və 2006-cı ildə İranda anadan olub,024-cü ildən Azərbaycanda yaşayan Belarus vətəndaşı, ADA Universitetinin II kurs tələbəsi Ərdeşir Seyfpur Saad Abadi olduğu müəyyənləşib. O, Cinayət Məcəlləsinin 246.4.3-cü ( Mədəni sərvətləri qəsdən korlama və ya məhv etmə, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
Telegram kanalımız