Nəzir qutuları Şeyxin əlindən alındı

saytların hazırlanması

Evə çatdırılma

Nəzir qutuları Şeyxin əlindən alındı

Sosial

27 Mart 2023 12:05 22055


Ölkənin məscid və digər ibadətgahlarında qoyulan nəzir qutuları Qafqaz Müsəlmanları İdarəsinin nəzarətindən çıxarılıb.

Bu barədə Gununsesi.info QMİ-dəki mənbələrə istinadən xəbər verir. 

Məlumata görə, artıq məscidlərdəki nəzir qutularına nəzarəti Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi həyata keçirir.  pizza

Bununla belə mənbəmiz bildirib ki, məscidlərdə və digər ibadət ocaqlarında  maaşla çalışlan işçilərin pulları ödənməyib. 

“Bu maaşlar nəzir qutularındakı pullar hesabına ödənilirdi” deyə mənbəmiz əlavə edib. 

Xatırladaq ki, bir müddət öncə məscidlərə axund təyinatı da QMİ-dən alınaraq, adıçəkilən komitəyə verilmişdi. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!