50 qəpiyə yemək: Kasıblığın əlaməti, yoxsa müasir tempin tələbi?

saytların hazırlanması

Evə çatdırılma

50 qəpiyə yemək: Kasıblığın əlaməti, yoxsa müasir tempin tələbi?

Sosial

25 Noyabr 2026 17:27 43


Paytaxt küçələrində 50 qəpik–1 manata müxtəlif qidalar təklif edən ayaqüstü iaşə obyektlərinin sürətlə artması ictimai müzakirələrə yol açıb. Qiymətlərin bu qədər aşağı olması bir tərəfdən alıcıları cəlb etsə də, digər tərəfdən həmin məkanların niyə çoxaldığı və qida keyfiyyəti ilə bağlı suallar doğurur.

Mövzu ilə əlaqədar olaraq “Yeni Sabah”a açıqlama verən iqtisadçı Fuad İbrahimov bildirib ki, bu cür iaşə obyektlərinin – ayaqüstü yeməkxanaların, 50 qəpiyə-1 manata xidmət göstərən məkanların fəaliyyəti hər dövrdə olub:

“Sovet vaxtında da ayaqüstü qəlyanaltılar mövcud idi; yaşlı nəsil yaxşı xatırlayar, oturmağa yer belə olmurdu, insanlar ayaqüstü masada tez bir nəsə atışdırıb işinə gedirdi. Bu biznes hər yerdə var, bahalı restoranlar da. Onların seqmentləri tamamilə fərqlidir. ShopByBro

Bu gün ayaqüstü dönər və ya tez yemək alanların hamısını maddi imkansızlıqla əlaqələndirmək doğru olmaz. Çünki elə restoranlar var ki, dəbdəbəli mühitdə, oturmaq imkanı ilə həmin ayaqüstü məkanlardan da ucuz xidmət təklif edirlər. Çox cüzi marja ilə işləsələr də, bazarda belə təkliflər mövcuddur. Üstəlik, sosial şəbəkələrdə rəqabət səbəbindən bir-birinin bəhsinə o qədər sərfəli setlər təqdim olunur ki, hər kəs üçün əlçatandır. Digər tərəfdən, artıq ad qazanmış, brendləşmiş böyük şəbəkələrin özünəməxsus müştəri bazası var. Bu seqmentlərin müştərilərini bir-birinə qarışdırmaq lazım deyil”.

Ekspert qeyd edib ki, 50 qəpik-1 manatlıq büdcəli, sürətli yemək formatı, məncə, daha çox vaxt itirməmək istəyi ilə bağlıdır – istər gənc nəsildə, istərsə də yaşlılarda:

“Kifayət qədər imkanlı şəxslər tanıyıram ki, vaxt itirməmək üçün naharda yüngül, tez bir nəsə yeyib aclığını ötürür və işinə davam edir.

Bu məsələdə ən başlıca amil qidanın keyfiyyəti, təhlükəsizliyi və istifadə olunan ərzaqların normativlərə uyğunluğudur. İstər bahalı, istər orta seqmentli, istərsə də 50 qəpik-1 manatlıq obyekt olsun – hər yerdə vahid standart və eyni tələblər tətbiq edilməlidir. Xüsusilə sanitar-gigiyenik qaydalara və ərzağın təhlükəsizliyinə ciddi nəzarət olunmalıdır. Bazar münasibətləri çərçivəsində isə bu seqmentləşmə və fərqlilik bundan sonra da qalacaq və getdikcə dərinləşəcək”.

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!