Nikol Paşinyan: 7 ölkədən silah alırıq

saytların hazırlanması

Evə çatdırılma

Nikol Paşinyan: 7 ölkədən silah alırıq

Dünya

28 May 2026 12:24 97


Ordunun yeganə vəzifəsi Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərini qorumaqdır.

“Yeni Sabah” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvandakı Respublika Meydanında keçirilən hərbi paradda bildirib.

Onun sözlərinə görə, Ermənistan ordusu beynəlxalq müqavilələr əsasında həyata keçirilən sülhməramlı missiyalar istisna olmaqla, ölkə sərhədlərindən kənarda istifadə edilməməlidir. pizza

Baş nazir qeyd edib ki, bugünkü paradda nümayiş etdirilən silahların əldə edilməsi məhz bu yanaşma sayəsində mümkün olub:

“2022-ci ilə qədər hərbi texnika və silahların xarici bazarları əsasən bağlanmışdı və ya Ermənistanın onlara çıxışı məhdudlaşdırılmışdı. Beynəlxalq tərəfdaşlar silah tədarük etməkdən imtina edirdilər, çünki onlar Ermənistanın onları beynəlxalq səviyyədə tanınmış ərazisindən kənarda istifadə edəcəyinə əmin idilər. Yalnız Praqada əldə edilən razılaşmalardan, Ermənistan və Azərbaycan 1991-ci il Almatı Bəyannaməsinə əsasən bir-birinin ərazi bütövlüyünü tanıdıqdan sonra beynəlxalq silah bazarı İrəvan üçün açıldı”.

Baş nazir 7 ölkədə istehsal olunan silahlar nümayiş olunacağını bildirib.

O əmin edib ki, bu hərbi əməkdaşlığın coğrafiyası “Real Ermənistan” konsepsiyasına əsaslanan siyasətin nəticəsidir:

“Paradda həmçinin Ermənistanın özündə istehsal olunan avadanlıq və silahlar nümayiş olunacaq. Bu gün bu sənaye beynəlxalq bazarda öz yerini qazanmaq üçün ilk, lakin inamlı addımlarını atır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!