Norveç hərəkətə keçdi – 13 milyon dollar göndərilir

saytların hazırlanması

Evə çatdırılma

Norveç hərəkətə keçdi – 13 milyon dollar göndərilir

Dünya

24 Sentyabr 2026 15:51 90


Norveç hökuməti Fələstin əhalisinə əlavə maliyyə yardımı ayırmaq qərarına gəlib.

“Yeni Sabah” xəbər verir ki, Norveç Fələstində mülki əhalinin ehtiyaclarının qarşılanması üçün 13 milyon dollar yardım göndərəcək. Norveçin xarici işlər naziri Espen Barth Eide yazılı açıqlamasında Fələstinlilərə beynəlxalq dəstəyin əvvəlkindən daha çox lazım olduğunu bildirib.

Nazirin sözlərinə görə, 13 milyon dollar məbləğində yardım BMT və Dünya Bankı vasitəsilə Fələstin əhalisinə çatdırılacaq. Eide İsrail ordusunun işğal altındakı Qərbi Şəriədəki fəaliyyətlərinin də ciddi narahatlıq doğurduğunu qeyd edib. Pepperoni pizza

Norveç mətbuatının məlumatına görə, ölkə 2026-cı il ərzində Fələstinlilərə ümumilikdə 105 milyon dollardan çox yardım göndərib.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!