Mövsümi məhsulların bazara daha çox çıxması bəzi meyvə-tərəvəzlərin qiymətini aşağı salsa da, qarşıdakı aylarda bütün məhsullarda eyni mənzərənin olmayacağı gözlənilir. Xüsusilə pomidor və xiyarla bağlı vəziyyət payızın sonuna doğru dəyişə bilər.
"Yeni Sabah"a danışan iqtisadçı Akif Nəsirli mövsümi məhsulların qiymətləri və qarşıdakı aylarda bazarda gözlənilən dəyişikliklərlə bağlı danışıb.
İqtisadçının sözlərinə görə, hazırda mövsümi bolluğun artması ilə bəzi meyvə və tərəvəzlərin qiymətində ucuzlaşma müşahidə olunur. Yerli məhsulun bazara daha çox çıxması pomidor, xiyar, bibər, badımcan, üzüm, alma və digər mövsümi məhsulların qiymətinə təsir edir. Dördpendirli pizza
“Xüsusilə yerli məhsulun bazara daha çox çıxması pomidor, xiyar, bibər, badımcan, üzüm, alma və digər mövsümi məhsulların qiymətinə təsir edir. Lakin qiymətlər bölgədən, məhsulun keyfiyyətindən və satış yerindən asılı olaraq fərqlənə bilər.
Oktyabr-noyabr aylarında isə əsasən payız yığımı ilə bazara daxil olan kartof, soğan, alma, heyva, nar, xurma və bəzi digər məhsulların qiymətlərinin nisbətən münasib qalması gözlənilir. Məhsul bolluğu davam etdikcə qiymətlərin kəskin artması üçün ciddi əsas olmamalıdır.
Kartof və soğanda yeni məhsulun bazara çıxması yaxın aylarda qiymətləri sabit saxlaya və müəyyən qədər ucuzlaşmaya səbəb ola bilər. Pomidor və xiyarın vəziyyəti isə bir qədər fərqlidir. Açıq sahə məhsullarının mövsümü başa çatdıqca onların istehsalı tədricən istixanalara keçəcək. Bu da xüsusilə noyabr ayından etibarən pomidor və xiyarın maya dəyərinin artmasına və qiymətlərinin bahalaşmasına səbəb ola bilər.
Ümumilikdə, payızın ilk aylarında kartof və soğanda ciddi bahalaşma gözlənilmir, pomidor və xiyar isə mövsümi amillər səbəbindən sonrakı aylarda nisbətən bahalaşa bilər. Burada hava şəraiti, məhsuldarlıq, saxlama xərcləri və ixrac həcmləri də qiymətlərə təsir edən əsas amillər olacaq”, - deyə Akif Nəsirli bildirib.
Əsmətxanım Rzazadə
Telegram kanalımız