Yüngül çəkidə "Bellator" çempionu Usman Nurmaqomedov sosial şəbəkədə UFC-nin əfsanəvi döyüşçüsü Con Consa ünvanlanmış kəskin paylaşım edib.
“Yeni Sabah” xəbər verir ki, dağıstanlı idmançı Consun komanda yoldaşı Qeybl Stivsonun məğlubiyyətinə reaksiya olaraq amerikalı ulduza söz atıb:
"Cons, sənin tələbən Qeybl məğlub oldu. Olan şeydir. Həyat bumeranqdır, bunu unutma. Növbəti döyüşlərdə sənə və sevgilin Qeybl Stivsona uğurlar arzulayıram". Pepperoni pizza
Xatırladaq ki, Usman Nurmaqomedovun bu addımına səbəb bir qədər əvvəl qardaşının məğlubiyyəti olub. O, nokaut olunduqdan sonra Con Cons onu məğlub edən Sonq Yadonqla birlikdə qələbəni bayram edib. Nurmaqomedovun son paylaşımı məhz həmin hadisəyə cavab kimi qiymətləndirilir.
Nazim Hacıyev
Telegram kanalımız