Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edildi

saytların hazırlanması

Evə çatdırılma

Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edildi

Dünya

24 İyun 2025 21:29 402


Ermənistan Milli Assambleyasının hakim “Mülki müqavilə” fraksiyasından olan deputatı Xaçatur Sukiasyanın Rusiyaya girişinə qadağa qoyulub.

"Report" xəbər verir ki, bu barədə "24news" məlumat yayıb.

Qeyd olunur ki, səbəb göstərilmir. Amma məlumat “Alrosa” şirkətindən almazların oğurlanması və onların Sukiasyana bağlı şirkətə çatdırılması barədə xəbərlər fonunda maraqlıdır.

Bundan əvvəl Rusiya Federal Təhlükəsizlik Xidməti "Alrosa" şirkətindən almaz oğurlayan şəxslərin tutulması barədə məlumat vermişdi. Bunlar şirkətin əməkdaşı Valentina Matyuşenkova, oğlu Aleksey Matyuşşenkov və qaçaqmalçılar Armen Petrosyan və Arman Saakyan olub. Axtarışlar zamanı təxminən 200 min karatlıq sənaye almaz xammalı, pul və zinət əşyaları müsadirə olunub.

Oğurlanmış almazlar Ermənistana, Xaçatur Sukiasyana bağlı “ADM Diamonds” şirkətinə çatdırılıb. Daha sonra deputatın ofisi onun bu əhvalatda iştirakını təkzib edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!