Ölkədə biznes quranların sayı 1,7 milyonu keçdi – RƏQƏMLƏR

saytların hazırlanması

Evə çatdırılma

Ölkədə biznes quranların sayı 1,7 milyonu keçdi – RƏQƏMLƏR

İqtisadiyyat

13 Oktyabr 2026 13:21 101


Azərbaycanda vergi ödəyicilərinin ümumi sayı il ərzində 4,6 faiz, kommersiya qurumlarının sayı isə 6,5 faiz artıb.

“Yeni Sabah” xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı il oktyabrın 1-nə ölkə üzrə uçotda olan vergi ödəyicilərinin sayı 1 milyon 729 min 10 nəfər təşkil edib. Onların 86,7 faizi fiziki şəxslər, 13,3 faizi isə hüquqi şəxslər və digər təşkilatlardır.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,6 faiz, fiziki şəxslərin sayı 4,4 faiz, hüquqi şəxslərin sayı isə 5,7 faiz artıb. pizza mizza

Oktyabrın 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı illik müqayisədə 6,5 faiz artaraq 213 min 837-yə çatıb. Təkcə bu ilin sentyabr ayında 1 208 kommersiya qurumu dövlət qeydiyyatına alınıb. Onların 86 faizi yerli, 14 faizi isə xarici investisiyalı müəssisələrdir.

Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,4 faizini məhdud məsuliyyətli cəmiyyətlər (MMC) təşkil edir.

Biznes subyektlərinin qeydiyyatında elektron xidmətlərin payı da yüksək olaraq qalır. Belə ki, kommersiya qurumlarının 83 faizi elektron qaydada qeydiyyata alınıb. Yanvar-sentyabr aylarında qeydiyyatdan keçən yerli investisiyalı MMC-lərin elektron qeydiyyatının xüsusi çəkisi isə 96,6 faiz olub.

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!