Onlar da qiyməti qaldırdı: 50 manatdan 70-ə... 

saytların hazırlanması

Evə çatdırılma

Onlar da qiyməti qaldırdı: 50 manatdan 70-ə... 

Sosial

05 Yanvar 2023 11:36 18388


Yeni ilin gəlişi Azərbaycanda kəskin qiymət artımı ilə müşahidə olundu. Bahalaşma özünü ən çox ərzaq məhsullarının qiymətində göstərdi. 

Yenisabah.az xəbər verir ki, Yeni ilin gəlişi turizm sektoruna da təsirsiz ötüşməyib. Artım ən çox otellərin qiymətinə təsir edib. Yeni ili Azərbaycanda keçirmək istəyən əcnəbi turistlərin sayəsində yerli otellərdə qiymətlər ən azı 30 faiz artıb. 

Qiymət artımından ev turizmi də təsirlənib. Bayram günlərində rayonlarda yaşayan sahibkarlar kirayə verdikləri evlərin qiymətini 30-40 faiz qaldırıblar. Məsələn, Xızıda normal vaxtlarda bir sutkası 50 manata təklif olunan 3 otaqlı mənzillər 28 dekabr-5 yanvar tarixlərində turistlərə bir günü 70 manata kirayəyə verilib.  Marqarita pizza

Qubada isə 60 manatlıq evlər 80 manata təklif olunub.

Tətil günlərini Nabranda keçirmək istəyən şəxslər isə əvvəlki dövrlə müqayisədə 50 faiz artıq ödəniş etməli olublar. 

Qiymət artımı İsmayıllı-Qəbələ-Şəki bölgəsində özünü daha qabarıq formada göstərib.  İsmayıllıda 50 manata olan sutkalıq evlər 70, Qəbələ və Şəkidə isə müştərilərə günlük 70 manata təklif edilən evlərin qiyməti 100 manata qaldırılıb. 

“Yeni Sabah”ın araşdırması nəticəsində məlum olub ki, Zaqatala-Balakən rayonlarında kirayə verilən evlərin qiymətində ciddi artım qeydə alınmayıb.  Bu isə həmin rayonların paytaxtdan xeyli uzaq olması ilə əlaqələndirilir. 

Turizm üzrə mütəxəssislər bu sektorda artımın müvəqqəti xarakter daşıdığını, bayramdan sonra qiymətlərin sabitləşəcəyini düşünürlər. 

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!