“Onu canlı efirdə çırpardım” - Zaur tənqid olundu

saytların hazırlanması

Evə çatdırılma

“Onu canlı efirdə çırpardım” - Zaur tənqid olundu

Sosial

12 Yanvar 2023 07:55 15888


Azad Azərbaycan televiziyasında yayımlanan "Bizimləsən" verilişində xoşagəlməz hal yaşanıb.

“Yeni Sabah” xəbər verir ki, verilişin aparıcısı Zaur Baxşəliyevin canlı efirdə operatora yaxınlaşaraq yüksək səslə "Kameranı çevir, artıq efirdən idarə etməliyəm?! Siz operator kimi iri və xırda plan verə bilirsiniz? Belə keç, işlə..." deməsi sosial şəbəkədə birmənalı qarşılanmayıb.

Aparıcı Aytən Səfərova "Show news" İnstaqram səhifəsinin şərh bölümündə aparıcı Zaur Baxşəliyevi müdafiə edib: "Sonra da adını ağzıgöyçəklər "konfliktli" qoyacaqlar. Halbuki bu işdir. Peşəkarlar da öz ətraflarını peşəkarlaşdırırlar, amma anlayanlar çox azdır. Zaur Baxşəliyevə səbr diləyirəm. Bu gün televiziyalar naşılarla doludur. Amma daha betəri onlar öyrənmək istəmirlər. Anlamırlar ki, peşəkar aparıcının sözlərini həmişə yadda saxlamalısan. Əgər artıq efirdə bu irad tutulursa, operatora, görün, bu günədək efirdən kənar nə qədər irad tutulub ki, aparıcı artıq cana yığılıb". Sezar pizza

Rejissor Fariz Əhmədov isə Zaur Baxşəliyevi sərt şəkildə tənqid edib: "Operatorun yerinə olsaydım, Zauru Baxşəliyevi ... kimi elə canlı efirdə çırpardım".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!