Otları təmizləyəndə inanılmaz mənzərə ilə qarşılaşdı - 18,5 kiloqramlıq...

saytların hazırlanması

Evə çatdırılma

Otları təmizləyəndə inanılmaz mənzərə ilə qarşılaşdı - 18,5 kiloqramlıq...

Hadisə

11 Sentyabr 2026 11:48 124


Danimarkada adi bir bağ təmizliyi zamanı gözlənilməz tapıntı üzə çıxıb. Ev sahibi yeni terras üçün həyətindəki otları təmizləyərkən torpağın altında əsrlərdir gizlənən böyük gümüş xəzinəyə rast gəlib.

"Yeni Sabah" xəbər verir ki, hadisə ölkənin şimalındakı Rebild bölgəsində baş verib. Ev sahibi terras üçün hazırlıq işləri apararkən Viking dövrünə aid xəzinə tapıb.

Təxminən 18,5 kiloqram ağırlığında olan xəzinənin X əsrdə gil qabın içərisinə qoyularaq torpağa basdırıldığı müəyyənləşdirilib. Arxeoloqlar qazıntı zamanı ümumilikdə 700-ə yaxın əşya aşkar ediblər. Onların arasında gümüş çubuqlar, bilərziklər, 50 sikkə və Torun çəkicinə bənzəyən kiçik fiqur da var. Pepperoni pizza

Tapılan 700-dən çox əşyanın təxminən 320-si ilkin gil qabın içərisində bütöv vəziyyətdə aşkar edilib. Digər əşyalar isə ətrafdakı torpaqda parçalanmış halda tapılıb. Gümüş əşyalardan birinin üzərində runik hərflərlə “hutu” sözü yazılıb. Tədqiqatçılar bunun ad, sahiblik işarəsi və ya başqa bir simvol ola biləcəyini düşünürlər.

Şimali Yutland Muzeylərinin arxeoloqu Torben Sarauv tapıntının Viking dövrünü daha yaxşı öyrənmək baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Mütəxəssislərin sözlərinə görə, Vikinglər dövründə gümüş mühüm ödəniş vasitələrindən biri olub. İnsanlar gümüşü kiçik hissələrə bölür, bəzən isə əridərək istifadə edirdilər. Rebilddə tapılan xəzinədə də gümüş çubuqların, bilərziklərin və digər metal parçalarının müəyyən çəki qruplarına uyğun şəkildə ayrıldığı müəyyən edilib.

Xəzinənin içərisində ərəb dirhəmləri ilə yanaşı, Anqlo-Sakson kralı Edvardın dövründə zərb edilmiş sikkələr də aşkarlanıb. Bu tapıntılar Rebild ərazisinin Viking dövründə mühüm ticarət əlaqələrinin olduğu bölgələrdən biri olduğunu göstərir.

Araşdırmaçılar hesab edirlər ki, ərazi Skandinaviyanı Baltik dənizi, İslam dünyası, Şimal dənizi və Qərbi Avropa ilə birləşdirən geniş iqtisadi və mədəni şəbəkənin tərkib hissəsi olub.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!