Özgür Özelə yeni vəzifə verildi

saytların hazırlanması

Evə çatdırılma

Özgür Özelə yeni vəzifə verildi

Dünya

23 May 2026 13:59 80


Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) parlament qrupu partiyanın qərargahında iclas keçirib.

“Yeni Sabah” “Sözçü”yə istinadən xəbər verir ki, Özgür Özel qapalı keçirilən iclasda iştirak edən 96 deputatdan 95-nin səsini alaraq yenidən CHP parlament qrupunun sədri seçilib.

Bir səs etibarsız sayılıb. Marqarita pizza

Qeyd edək ki, Ankara Məhkəməsinin qərarına əsasən, CHP-nin 4-5 noyabr 2023-cü il tarixlərində keçirilmiş 38-ci qurultayının nəticələri ləğv edilib.

Qərara əsasən, partiyanın sədri Özgür Özel vəzifəsindən kənarlaşdırılıb.

Eyni zamanda, CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu qərar qətiləşənə qədər müvəqqəti olaraq sədr postuna bərpa edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!