"TRIPP layihəsinin məqsədlərindən biri Ermənistandan Ermənistana Azərbaycan ərazisi vasitəsilə çıxışı təmin etməkdir, çünki hazırda şimal və cənub bölgələri arasında dəmir yolu əlaqəsi yoxdur".
"Yeni Sabah" xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə deputatların suallarını cavablandırarkən bildirib.
"Ermənistan tərəfi Naxçıvan vasitəsilə Sünikə gedən marşrutda maraqlıdır. Layihə əsasən Meğri üzərindən sovet dəmir yolunun bərpasını nəzərdə tutur, - deyə Paşinyan əlavə edib. - Gələcəkdə Qafana gedən yol məsələsi müzakirə olunacaq". Dördpendirli pizza
Baş nazir xatırladıb ki, Azərbaycan ərazisindən Ermənistana gedən yol təxminən 1 ildir yüklər üçün açıqdır və hətta ixraca da imkan verir.
O, dəmir yolunun Yerasx (Arazdəyən - red.) hissəsinin bərpası üçün tender elan edildiyini bildirib.
Telegram kanalımız