Payızda bu təhlükə hər kəsi gözləyir? -   Professor səbəbləri açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Payızda bu təhlükə hər kəsi gözləyir? - Professor səbəbləri açıqladı

Sağlamlıq

11 Noyabr 2026 15:36 170


Payız aylarında havaların soyuması, günəşli günlərin azalması və mövsümi xəstəliklərin yayılması sağlamlığın qorunmasını daha da aktuallaşdırır. Bu dövrdə bir çox insan orqanizmdə vitamin və mineral çatışmazlığını müəyyənləşdirmək, immun sisteminin vəziyyətini yoxlamaq üçün müxtəlif analizlər verməyə üstünlük verir. Lakin hər kəsin mütləq check-up müayinəsindən keçməsinə ehtiyac varmı? Payızda hansı analizlərə xüsusi diqqət yetirilməlidir?

Mövzu ilə bağlı professor Adil Qeybulla “Yeni Sabah”a açıqlamasında bildirib ki, check-up müayinələri hər kəs üçün zəruri deyil və analizlərin verilməsi insanın sağlamlıq vəziyyətindən, mövcud şikayətlərindən asılıdır.

Onun sözlərinə görə, ümumi müayinələr zamanı əsasən qanın ümumi analizi aparılır. Ürək və digər orqanlarla bağlı narahatlıqlar olduqda isə spesifik müayinələrə ehtiyac yarana bilər. Onlayn mağaza

Professor qeyd edib ki, D vitamininin səviyyəsinin yoxlanılması, bəzi mikroelementlərin orqanizmdəki miqdarının müəyyənləşdirilməsi də əhəmiyyətlidir. Xüsusilə qalxanabənzər vəz xəstəlikləri və digər xroniki problemləri olan şəxslərin vəziyyətinə planlı şəkildə nəzarət edilməlidir.

Adil Qeybulla allergik reaksiyaları və müxtəlif xroniki xəstəlikləri olan şəxslərin də mütəmadi tibbi müayinələrdən keçməsinin vacibliyini vurğulayıb.

O, payız mövsümündə avitaminozdan qorunmağın, D vitamininin normal səviyyəsini saxlamağın, fiziki aktivliyi artırmağın və sağlam qidalanmağın vacib olduğunu bildirib. Professor, həmçinin tənəffüs yolları və hava-damcı yolu ilə yayılan xəstəliklərdən qorunmağı tövsiyə edib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!