Pensiya və maaşlar artacaq -   ŞAD XƏBƏR

saytların hazırlanması

Evə çatdırılma

Pensiya və maaşlar artacaq - ŞAD XƏBƏR

Sosial

16 Oktyabr 2023 19:30 63099


"Mühasibat uçotu haqqında” qanuna dəyişiklik pensiya və maaşların artırılması üçün yeni maliyyə bazasının yaradılmasına imkan verəcək.

Yenisabah.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O qeyd edib ki, qanuna dəyişikliyin məqsədi bütün kağız məlumatların elektron daşıyıcılara köçürülməsidir. pizza mizza

"Artıq elektron qaydada mühasibatlığın aparılması məcburi olacaq. İlkin gözləntilər ondan ibarətdir ki, bu qanun kölgə iqtisadiyyatının azalmasına səbəb olacaq və büdcə gəlirlərinin artmasına təsir göstərəcək. Bu da pensiya və əmək haqqlarının artırılması üçün maliyyə imkanlarını genişləndirəcək. Yəni maliyyə vəsaitinin artması pensiya və əmək haqqlarının artırılması üçün yeni maliyyə bazasıdır və sosial proqramlara daha çox vəsaitin ayrılmasına imkan yaradacaq. Eyni zamanda büdcə gəlirlərinin daha dayanıqlı olmasına şərait yaradacaq”, - deyə V.Bayramov əlavə edib.

Qeyd edək ki, "Mühasibat uçotu haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, aşağıdakı mühasibat uçotu subyektlərində mühasibat uçotu elektron formada aparılmalıdır:

- iri sahibkarlıq subyektlərində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi mərhələlərə uyğun olaraq orta sahibkarlıq subyektlərində

- qanunla təsdiq edilmiş hasilatın pay bölgüsü, əsas ixrac boru kəməri haqqında və digər belə sazişlər və ya qanunlar, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti haqqında qanunlar çərçivəsində fəaliyyət göstərən vergi ödəyicilərində;

- illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını bu Qanuna uyğun olaraq dərc etməli olan publik hüquqi şəxslərdə.

Qanuna dəyişiklik Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsin oktyabrın 13-də keçirilən iclasında müzakirə edilərək plenar iclasa tövsiyə edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Vüsal Əliyev
    Nə yazdimsa pozdunuz əqli problemim olsada hech yerden pensiyye almadan normallarla ayaqlashdim daha tukendiyimi gorub eve qapandim utaninki agil kasadliginiz yoxdur 80manatliq dovletin teqaudune goz dikirsiniz gedin dovlet qulluguna hazirlashin en azindan 350 450manatiniz ve birdəki sgortada gelecek ichin pensiyyeniz olacaq.sabah gedim meshgulluq idaresine gorum bu halimla mənə ish verirlermi
    3 years ago
  • ELSEN
    OZUM ADAUDA GOZETCI ISLEYIREM HER IL EMEK HAQQI QALXIR BIZE DEYILIR KI BIZE SAMIL DEYIL 2 QIZ OVLADI BOYUDUREM MEN 350 m emek haqqi aliram gel dolanda indi zamanda bu maasdan
    3 years ago
  • Rəqsanə
    Salam.Men ve yoldaşım ne maaş almirig ne sosial gedirsen deyirler torpaq olanlara verilir birde gedende indidə deyirler torpaq olmuyanlara verilir bu millətin bir böyüyü var ya yox uşağ pulu yox 3usag ikisi məktəbli biri az yasli gel dolan indi görüm necə dolanırsan... əsgər lazım olanda vətənə borc qaytarmağa gedib vətən nevedib mənim uşağıma neyse əşşi güya kimse bizi eşidəndir ki kimi kime şikayət edəcəm ki...
    3 years ago
  • RÖVŞEN
    Hami maaşdan yazir amma bizim maaş sizin maaşlarin yaninda 319 manat cox qülüncdi.14 idi rabitede işleyirem.orta ayliq emey haqi 927 manatdi bizimki hec minumda deyil
    3 years ago
  • Rüfət
    Salam Maaslar pensiyalarin artimina Hecne demirem Nə qədər artsada Ərzaqlar bir oqedər artir ... Zəhmət olmasa Hecolmasa Biz VETERANlarinda Müavinətləri Artirsinlar Hecolmasa bizi nəzərə alsinlar 80azn həqiqətən çox gulməlidi Hecolmasa .. nəqliyyat pulu nece faiz Ərzaq nece faiz artirsa bu təqaüdlərdə oqədər artsin İnSAllah bu 8-9 Noyabr ayında bizi nəzərə alaraq serencam imzalanar
    3 years ago
  • Elton məmmədov
    Nəyə görə biz işdən sonra iş fikirləşməliyik bu nə deməkdi kimsə yaxşı vəzifədə oturub yaxşı maaş alır oları yox bizi görmək lazımdı mən razıyam maaşim olsun 250 manat amma qaz düşsün işıq düşsün ərzaq düşsün və s onda əla olar belə görünür düsən yalnız kasıb millətdir sonrada televizorda belə deyir hər şey əladı babam demiş yalançının xaçını naynanay
    3 years ago
  • Aytəkin
    maaşlar artsin 172azn maaşla indiki zamanədə kim yayaşını idarə ede bilər?
    3 years ago
  • İradə Hüseynova
    Dövlət xəstəxanasında həkim işləyirəm(TƏBİB-ə daxil olmayan)560 manat maaş alıram.TƏBİB-ə tabe olan xəstəxanada isə eyni pozisiyada həkimin məvacibi təxminən 1200 manatdır.Çox anlaşılmazdı maaş artımındakı siyasət.
    3 years ago
  • Xasay
    Cavid Hüseynov müəllim ən ali təbəqədə olmalıdır, bütün kadırları yetişdirən müəllimidir siz yazırsız kı, müəllim 1500 manat maş alır bu boyda yalan informasyanı hardan almısınız, müəllimin aşaqı astavkası 655 manat 18 ildən artıq stajı olan mulimin astavkası 765 manatdır.12 sat və hətdə 6 saat dersi olan müəllim var indi siz hesablayın görün müəllim nə qədər əmək haqqı alır.
    3 years ago
  • Bəhruz
    Maaslar çox asaqidir, xüsusilə də hərbiçilərin maaşları,hərbi hissələrin əksəriyyətində hərbiçi ailələrinin qalmaqal yeri yoxdur, aylarda ailəsindən ayrı yaşayan hərbçinin maaşı ailəsini təmin etmir,10-11 faiz artım onlar üçün artım demək deyil.
    3 years ago
  • Pərviz
    Neftde işləyən yalnız mühəndislər yüksək maaş alır .Fəhlə və operatorlar 600-700 maksimum.Odakı işin çətinliyinə və təhlükəsinə baxanda heçnədi.Çox acınacaqlıdı ölkəmizdə vəziyyət .Guya heç kimin xəbəri yoxdur.
    3 years ago
  • Cavid Hüseynov
    Müəllimlərin maaşı 1500 manat olur neft qaz da işləyən operatorlar 900 manat maaş alırlar qaz da işləyən fəhlələr niyə 326 manat maaş alsınlar ki başa düşə bilmirəm ailə dolandırmaq üçün çox az maaşlı uşaqlar böyüdükcə xərclər də artır
    3 years ago