Pensiyalar bu il yenə artırılacaq?   - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Pensiyalar bu il yenə artırılacaq? - AÇIQLAMA

Sosial

17 İyun 2023 18:24 3278


"Azərbaycanda bu il pensiya artımı olmayacaq".

Yenisabah.az xəbər verir ki, bunu iqtisadçı Xalid Kərimli deyib. O bildirib ki, artımlar qaydalara əsasən, ilin əvvəlində olur:

"Pensiya artımı qaydaları var, hər ilin əvvəli ötən ilin orta aylıq əməkhaqqına uyğun olaraq pensiyalar artırılır. Ona görə də, bu il üçün artım nəzərdə tutulmur. Lakin gələn il pensiyalar artırılacaq". pizza mizza

İqtisadçı həmçinin çörək qiymətlərindəki vəziyyətə də toxunub:

"Çörəyin qiymətinə gəldikdə, dünya bazarında taxılın qiymətinin ucuzlaşması davam edir və öz pik qiymətlərindən çox uzaqlaşıb. Bu baxımdan biz çörək qiymətlərində azalma gözləyirik, nəinki bahalaşma. Çörəyin qiymətləri dünya bazar qiymətlərindən asılıdır. Ona görə də, unun qiymətlərində ucuzlaşma olduqca, çörəyin də qiyməti düşəcək. Lakin bu, ciddi azalma olmayacaq"./Mətbuat.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!