Peskov: “Roman Abramoviçin İstanbulda iştirakı razılaşdırılıb“

saytların hazırlanması

Evə çatdırılma

Peskov: “Roman Abramoviçin İstanbulda iştirakı razılaşdırılıb“

Dünya

29 Mart 2022 14:16 378


"İş adamı Roman Abramoviçin Rusiya və Ukrayna arasında təmaslarda iştirakı hər iki tərəf tərəfindən bəyənilib".

Yenisabah.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Xatırladaq ki, Abramoviç Dolmabağça sarayında, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya və Ukrayna arasında danışıqların iştirakçılarını salamlamasında iştirak edib. pizza hut

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi bildirib:

“İki tərəf arasında təmasların həyata keçirilməsi üçün müvafiq olaraq hər iki tərəfdən razılıq almaq lazımdır, Abramoviç məsələsində isə bu razılıq hər iki tərəfdəndir. Roman Abramoviç Rusiya və Ukrayna tərəfləri arasında müəyyən təmasların təmin edilməsində iştirak edir və o, nümayəndə heyətinin rəsmi üzvü deyil". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!