"Totenhem" və "Çelsi"nin sabiq baş məşqçisi Maurisio Poçettino qalmaqallı bəyanatla çıxış edib.
“Yeni Sabah” xəbər verir ki, argentinalı mütəxəssis 2016/17 mövsümünün İngiltərə Premyer Liqası çempionluğunun "Çelsi"dən alınaraq "Totenxem"ə verilməli olduğunu bildirib.
Poçettinonun sözlərinə görə, "Çelsi"nin maliyyə qaydalarını 74 dəfə pozduğu təsdiqlənibsə, titul ikinci yeri tutan komandaya həvalə olunmalıdır: Marqarita pizza
"Biz eyni qaydalarla mübarizə aparmadıq. Bəli, onlar qollar vurdular, oyunlar qazandılar, amma mövsüm başlamazdan əvvəl eyni şərtlər altında olmadığımız bəllidir. Bəlkə eyni qaydalar tətbiq olunsaydı, biz də komandanı gücləndirəcək transferlər edərdik. Çempion ola bilmədiyim üçün işimi itirdim, lakin biz daha çoxuna layiq idik".
2023/24 mövsümündə "Çelsi"ni də çalışdırmış 54 yaşlı mütəxəssis London klubunun azarkeşlərinin ona əsəbiləşəcəyini bilsə də, ədalətin bərpa olunmasının vacibliyini vurğulayıb. O, bütün klublar üçün bərabər imkanların yaradılmalı olduğunu və maliyyə pozuntularına qarşı ciddi addımların atılmasını tələb edib.
Nazim Hacıyev
Telegram kanalımız