Polis bu şəxslərin izinə düşdü -   Saxlanılanlar var!

saytların hazırlanması

Evə çatdırılma

Polis bu şəxslərin izinə düşdü - Saxlanılanlar var!

Kriminal

09 Sentyabr 2026 10:17 80


Sentyabrın 8-də ölkə ərazisində polis əməkdaşları tərəfindən 51 cinayət hadisəsinin açılması təmin edilib.

"Yeni Sabah" xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin məlumatına görə, bundan əlavə, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin də üstü açılıb.

Bildirilib ki, axtarışda olan ümumilikdə 170 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 147-si borclu şəxs qismində axtarışda olub. pizza mizza

Hesabat dövründə narkotiklərlə əlaqəli 23 fakt, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 10 fakt müəyyən edilib.

Həmçinin cinayət törətməkdə şübhəli bilinən 60 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!