Polyak nazir: “Ruslarla döyüşmək üçün bizə ABŞ lazım deyil”

saytların hazırlanması

Evə çatdırılma

Polyak nazir: “Ruslarla döyüşmək üçün bizə ABŞ lazım deyil”

Dünya

25 Sentyabr 2026 09:22 77


Polşanın xarici işlər naziri Radoslav Sikorski Varşava və Moskva arasındakı tarixi ziddiyyətlərə və mümkün hərbi münaqişə ssenarilərinə toxunaraq diqqətçəkən bəyanatla çıxış edib.

“Yeni Sabah” xəbər verir ki, polşalı diplomat ölkəsinin müdafiə əzmini və Rusiya ilə münasibətlərin tarixi köklərini xatırladıb:

"Polyaklar ABŞ-ın olmadığı dövrlərdən Rusiyaya qarşı vuruşurlar və hücum olarsa, geri çəkilmək fikrində deyillər. Əgər bizə hücum etsələr, biz təslim olmayacağıq. Bir şeyi xatırlatmaq istəyirəm ki, Rusiyanın Milli Birlik Günü 1612-ci ildə Polşa-Litva qoşunlarının Moskvadan qovulması ilə bağlı olan gündür. Yəni biz tarixi rəqibik və bu dəyişməzdir". pizza sifarişi

Sikorskinin bu sərt bəyanatı Polşanın NATO-nun şərq cinahında təhlükəsizlik tədbirlərini artırdığı və regional gərginliyin yüksəldiyi bir vaxtda beynəlxalq mətbuatın diqqət mərkəzinə düşüb. 

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!