Azərbaycan İnvestisiya Holdinqinin (AİH) idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısında dəyişiklik edilib.
"Yeni Sabah" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı yeni Fərman imzalayıb.
Fərmana əsasən, “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nın 17-ci və 18-ci hissələri ləğv edilib. pizza mizza
Bununla da Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti və “Azərbaycan alüminiumu” Açıq Səhmdar Cəmiyyəti sözügedən siyahıdan çıxarılıb.
Telegram kanalımız