Prezidentin təltif etdiyi Aslanbəyli kimdir? - DOSYE

saytların hazırlanması

Evə çatdırılma

Prezidentin təltif etdiyi Aslanbəyli kimdir? - DOSYE

İqtisadiyyat

06 Avqust 2026 15:49 452


Azərbaycan neft sənayesinin inkişafında xüsusi xidmətlərinə görə Bəxtiyar Əli oğlu Aslanbəyli “Şöhrət” ordeni ilə təltif edilib.

“Yeni Sabah” Bəxtiyar Aslanbəyli haqqında bəzi məlumatları təqdim edir.

Bp şirkətinin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə xarici əlaqələr və kommunikasiya vitse-prezidenti Bəxtiyar Əli oğlu Aslanbəyli enerji sektorunda fəaliyyəti ilə tanınan mütəxəssislərdəndir. pizza sifarişi

1976-cı il avqustun 7-də anadan olan Aslanbəyli 20 ildən çoxdur bp şirkətində rəhbər vəzifələrdə çalışır. O, şirkətin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionunda xarici əlaqələr, hökumətlə əlaqələr və kommunikasiya sahələrinə rəhbərlik edir.

Bəxtiyar Aslanbəyli peşəkar fəaliyyətindən əlavə, pedaqoji sahədə də çalışıb, ali məktəblərdə dərs deyib.

Bundan başqa, Aslanbəyli Birləşmiş Krallıq tərəfindən Britaniya İmperiyası Ordeninə də layiq görülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!