Prezidentinin toxunulmazlığı pozulub

saytların hazırlanması

Evə çatdırılma

Prezidentinin toxunulmazlığı pozulub

Dünya

31 Oktyabr 2026 08:18 79


Polşa prezidentinin Konstitusiya Tribunalının binasına daxil olmasına mane olmaq cəhdi onun toxunulmazlığının pozulmasıdır.

"Report" xəbər verir ki, bunu Polşa Prezidentinin mətbuat katibi Rafal Leşkeviç X sosial şəbəkəsində bildirib.

"Konstitusiya Tribunalının hakimi Matey Berek indicə cinayət əməlinin törədilməsini sənədləşdirib. Qəsbkarlar prezidentin Konstitusiya Tribunalına daxil olmasına mane olmağa çalışaraq onun toxunulmazlığını pozublar", – mətbuat katibi yazıb. Toyuqlu pizza

Bundan əvvəl Berek prezidentin məhkəmə binasına daxil olmasına bir qrup kişinin mane olmağa çalışdığını əks etdirən video yayımlayıb. Kadrlarda prezident içəri keçməyə çalışarkən həmin şəxslərin onu saxladığı görünür.

Navrotskinin Aparat rəhbəri Pavel Şefernaker daha sonra prezidentin Konstitusiya Tribunalının binasına daxil olduğunu bildirib. Məlumata görə, onu Polşa Ali Məhkəməsinin birinci sədri Zbiqnev Klapinski müşayiət edib.

"Onet" portalı isə Navrotskinin Prezident Sarayında Konstitusiya Tribunalının sədri Boqdan Sventyçkovski ilə görüşdüyünü iddia edib. Sventyçkovski bundan əvvəl tutduğu vəzifədən müvəqqəti kənarlaşdırılıb. Bundan sonra məhkəmə binası qarşısında vəziyyət gərginləşib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!