Yollarda tez-tez rast gəlinən bəzi yol nişanlarının mənası sürücülər tərəfindən qarışdırılır. Onlardan biri də üzərində qara çəp xətt olan sarı romb formasındakı nişandır. Bu nişan mühüm xəbərdarlıq edir və sürücülərin hərəkət qaydasına təsir göstərir.
“Yeni Sabah” xəbər verir ki, sarı romb formasında olan yol nişanının üzərindəki qara çəp xətt əsas yolun bitdiyini bildirir.
Yol nişanları sistemində “Əsas yolun sonu” nişanı sürücünün hərəkət etdiyi yolun əsas yol statusunun başa çatdığını bildirir. Sarı romb formasındakı nişan əsas yolu göstərir. Onun üzərinə əlavə olunan qara çəp xətt isə həmin yolda üstün keçid hüququnun başa çatdığını bildirir. Sezar pizza
Bu nişanı görən sürücülər nə etməlidir?
Yol hərəkəti qaydalarına əsasən, əsas yolda hərəkət edən nəqliyyat vasitələri ikinci dərəcəli yollardan gələn avtomobillərlə müqayisədə üstün keçid hüququna malikdir.
Lakin “Əsas yolun sonu” nişanından sonra bu üstünlük qüvvədən düşür. Sürücülər qarşıdakı yolayrıcında svetoforun işıqlarına, digər yol nişanlarına və keçid qaydalarına uyğun hərəkət etməlidirlər.
Bu nişanı görən sürücülər sürəti yol və hərəkət şəraitinə uyğun azaltmalı, yolayrıcına yaxınlaşarkən digər nəqliyyat vasitələrini yoxlamalı və lazım gəldikdə dayanmağa hazır olmalıdırlar.
Əsmətxanım Rzazadə
Telegram kanalımız