Tovuzda maşın kanala düşdü: 4 nəfər yaralandı

saytların hazırlanması

Evə çatdırılma

Tovuzda maşın kanala düşdü: 4 nəfər yaralandı

Hadisə

31 Oktyabr 2026 01:49 87


Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Yeni Sabah" xəbər verir ki, hadisə rayonun Alakol kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan VAZ 2107 markalı minik avtomobili idarəetmədən çıxıb. Dördpendirli pizza

Nəticədə avtomobil yol kənarındakı su kanalına düşüb. Qəza zamanı sürücü 2003-cü il təvəllüdlü A. Qurbanov, onun sərnişinləri 1996-cı il təvəllüdlü A. Abuzərli, 1991-ci il təvəllüdlü R. Sabirli və 1992-ci il təvəllüdü T. Kamranzadə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.Faktla bağlı araşdırma aparılır./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!