Kreml yüksək rütbəli rus məmurlarına müharibə zamanı istefa verməyi qadağan edib.
Yenisabah.az “Vajnıye istorii”yə istinadla xəbər verir ki, həmin qərarla razılaşmayan vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb edilməklə hədələnir.
Qəzetin mənbəsi bildirib: “Oxşar hadisə ən azı 2 qubernatorla da baş verib”. Marqarita pizza
“Mən qubernatorların öz vəzifələrini tərk etməyə cəhd etdiyi ən azı iki hadisədən xəbərdaram, lakin prezident onlara nəinki bu addımı atmağı qadağan edib, həm də cinayət təqibinə eyham vurub”, – deyə keçmiş FSB zabiti vurğulayıb.
Belə bir qadağa barədə Prezident Aparatının Daxili siyasət şöbəsinin məsul əməkdaşının tanışlarından biri də eşidib:
“Müharibə başlayandan sonra hamı getsə, postunu tərk etmək niyyətində olanlar da az deyil. Kremldə postu tərk etmək istəyi vətənə xəyanət kimi qiymətləndirilir”.
Telegram kanalımız