Putin “Unitaz” ləqəbli generalı vəzifədən qovdu

saytların hazırlanması

Evə çatdırılma

Putin “Unitaz” ləqəbli generalı vəzifədən qovdu

Dünya

06 Avqust 2026 00:31 74


Rusiyanın pilotsuz sistemlər qoşunlarının komandanı Yuri Vaqanov vəzifəsindən uzaqlaşdırılıb.

''Yeni Sabah'' xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin ordunun rəhbər heyətində yeni kadr dəyişiklikləri edib.

Qərara əsasən, pilotsuz sistemlər qoşunlarına (BPS) general-polkovnik Denis Lyamin rəhbərlik edəcək. O, bu vəzifədə Yuri Vaqanovu əvəz edib. Dördpendirli pizza

Lyamin daha əvvəl "Mərkəz" qoşun qruplaşmasının qərargah rəisi olub. Rusiya-Ukrayna müharibəsinin ilk mərhələsində isə Krım istiqamətindən Ukraynaya daxil olan və Xersonun işğalında iştirak edən qüvvələrə komandanlıq edib.

Vəzifədən uzaqlaşdırılan Yuri Vaqanov isə Rusiyada "Yura Unitaz" ləqəbi ilə tanınır.

Məlumata görə, o, hərbi təhsil almayıb və uzun illər santexnika məhsullarının satışı ilə məşğul olub ("Unitaz" ləqəbi buradan gəlir-red.). 2022-ci ildən cəbhəyə humanitar yardım aparmağa başlayıb, daha sonra isə pilotsuz aparatların tədarükü ilə məşğul olub.

2025-ci ilin oktyabrında müdafiə nazirinin müavini Aleksey Krivoruçkonun müşaviri təyin edilən Vaqanov cəmi iki ay sonra yeni yaradılmış Pilotsuz Sistemlər Qoşunlarının komandanı olub.

Onun təyinatı Rusiya hərbi blogerləri və Z-kanallar tərəfindən sərt tənqid edilmişdi.

İddialara görə, Vaqanov ordunu keyfiyyətsiz pilotsuz aparatlarla təmin edib. Bildirilirdi ki, bəzi dronların döyüş başlıqları buraxılış zamanı partlayır, nəticədə operatorlar həlak olur və ya yaralanırdı.

Bundan başqa, Vaqanovun tövsiyə etmədiyi dronlardan müsbət nəticə alan hərbçilərin mənfi rəylər yazmağa məcbur edildiyi də iddia olunurdu.

Rusiya hərbi ekspertləri həmçinin Pilotsuz Sistemlər Qoşunlarının formalaşdırılması prinsipini də tənqid edirdilər. Onların fikrincə, təcrübəli dron operatorlarının ön xətdən çıxarılması döyüş bölmələrini kəşfiyyat və hava dəstəyindən məhrum edib.

Məlumata görə, Yuri Vaqanov müdafiə nazirinin müavini Aleksey Krivoruçkonun himayədarı hesab olunurdu. Krivoruçko isə Sergey Şoyqunun komandasından postunu qoruyub saxlayan azsaylı yüksək vəzifəli şəxslərdən biridir.

Hərbi ekspert Sergey Auslender isə hesab edir ki, ordudakı son kadr dəyişiklikləri Kremlin müharibəni dayandırmaq niyyətində olmadığını göstərir. Onun fikrincə, cəbhədə yaranmış vəziyyətə və itkilərə baxmayaraq, Rusiya hərbi əməliyyatları davam etdirmək xəttini seçib. (musavat.com)


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!